Biz Rusiya ilə əməkdaşlıqdan imtina etmirik, lakin ... - Paşinyan

22:50 - 11 Fevral 2024 - DÜNYA

Biz Rusiya Federasiyası ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etmirik, lakin əlaqələrimizi şaxələndiririk

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan The Telegraph-a müsahibəsində deyib:

"Biz Rusiya ilə, xüsusən də təhlükəsizlik sahəsində əməkdaşlıqdan tamamilə imtina etdiyimizi söyləməmişik. Dedik ki, təhlükəsizlik əlaqələrimizi şaxələndirməyə hazırlaşırıq. Bu, Rusiya ilə təhlükəsizlik əlaqələrimizi kəsəcəyimiz anlamına gəlirmi? Xeyr, demək deyil”, - Ermənistanın baş naziri deyib.

Onun sözlərinə görə, bu, məsələn, Avropa İttifaqı, Fransa, ABŞ, İran, böyük ölçüdə reallığa çevrilmiş Hindistan və müzakirələrin davam etdiyi digər çoxsaylı ölkələrlə əlaqələr qurmağa hazır olmaq deməkdir.

"Bu ölkələrlə təhlükəsizlik münasibətlərimiz Rusiyaya qarşı deyil. Onlar sadəcə olaraq göstərirlər ki, bizim əvvəlki təhlükəsizlik əlaqələrimiz bizim ehtiyaclarımızı ödəmir", - Paşinyan bildirib.

Xəbər xətti