Putinin Şimali Koreyaya səfərinə hazırlıq görülür

10:52 - 11 Fevral 2024 - DÜNYA

Moskva və Pxenyan Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfərinin vaxtı ilə bağlı razılığa gələcəklər.

Ucnoqta.az xəbər verir ki, səfərin hazırlanması faktını RİA Novosti-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin birinci Asiya departamentinin direktoru İvan Jelohovtsev təsdiqləyib.

“Bildiyiniz kimi, 2023-cü ilin sentyabrında “Vostochnıy” kosmodromunda keçirilən sammit zamanı KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In Rusiya prezidentini Pxenyana səfərə dəvət edib. Bu dəvəti KXDR-in xarici işlər naziri Çoi Sonq Hui ölkəmizə son səfəri zamanı təsdiqləyib”, - deyə Jelohovtsev bildirib.

Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, səfərin təsdiqlənməsi diplomatik kanallar vasitəsilə həyata keçiriləcək. Dialoq zamanı səfərin konkret tarixi müəyyənləşəcək.

Xəbər xətti