Macarıstan prezidenti Katalin Novak istefa verib
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Macarıstan prezidenti Novak pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, bir gün əvvəl Budapeştdə kütləvi etiraz aksiyası keçirilib və onlar Novakın uşaq evində cinsi zorakılıq faktını gizlətdiyinə görə şərik kimi məhkum edilmiş şəxsin əfv edilməsi qərarına görə istefasını tələb ediblər.