Əlcəzairlə sərhədə yaxın ərazidə silahlılarla atışma zamanı 8 Niger əsgəri və bir mülki şəxs yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Niger Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, silahlılar doqquz avtomobildə yolda olan ordu konvoyuna hücum ediblər. Hökumət ordusunun səkkiz hərbçisi və bir mülki şəxs yaralanıb. Bir neçə silahlı öldürülüb, biri əsir götürülüb.
Hücum edənlərin Nigerin şimalında fəaliyyət göstərən ekstremist qruplaşmalardan birinə aid olduğu müəyyən edilir.