NATO Rusiya ilə qarşıdurmanın onilliklər davam edə biləcəyinə hazır olmalıdır
Ucnoqta.az xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq müsahibəsində deyib.
"Putin Ukraynada qalib gəlsə, Rusiyanın təcavüzünün başqa ölkələrə yayılmayacağına zəmanət yoxdur. İndi ən yaxşı müdafiə Ukraynanı dəstəkləmək və NATO-nun hərbi imkanlarına sərmayə qoymaqdır", - Stoltenberq bildirib.
Baş katib əlavə edib ki, Putin Rusiya iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırlayır, ona görə də Alyans təhlükəsizliyi də gücləndirməlidir.