Rusiya XİN-dən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA: 2025-ci il ...

13:06 - 10 Fevral 2024 - SİYASƏT

Moskva regionda vəziyyətin köklü dəyişməsi ilə əlaqədar Rusiya sülhməramlılarının Qarabağda olması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Qarabağda vəziyyətin köklü dəyişdiyini nəzərə alaraq, sülhməramlılarımızın qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur”.

Qaluzinin sözlərinə görə, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır.

"Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, - nazir müavini əlavə edib.

Xəbər xətti