Estoniya müasir raket sistemi alıb - 290 km məsafədə ...

22:14 - 9 Fevral 2024 - DÜNYA

Atış məsafəsi demək olar ki, bütün Baltik dənizini əhatə edən “Mavi nizə” gəmi əleyhinə raket kompleksi Estoniyaya çatdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ERR dövlət televiziya və radio portalı məlumat yayıb.

Bildirilir ki, kompleks respublikanın arsenalında ən müasir sistemə çevriləcək.

Portalın məlumatına görə, “Blue Spear” bütün hava şəraitində gecə-gündüz fəaliyyət göstərməyə qadirdir və dənizdə üfüqdən yuxarı, mobil və stasionar hədəfləri vurmağa imkan verir. Maksimum atəş məsafəsi 290 km-dir.

Xəbər xətti