Parisdə Ermənistan və Fransa xarici işlər nazirləri Ararat Mirzoyan və Stefan Sejournet arasında görüş başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Bildirilir ki, görüşün gündəliyinə həm ikitərəfli əməkdaşlığa, həm də regional mövzulara təsir edən geniş spektrli məsələlər daxildir.