Ukrayna MDB çərçivəsində üç sazişdən çıxdı

16:41 - 9 Fevral 2024 - DÜNYA

Ukrayna hərbi nəqliyyatın həyata keçirilməsinin prinsipləri və prosedurları haqqında Sazişdən, eləcə də Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində tibb sahəsində əməkdaşlığa dair daha iki sazişdən çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

"Ukrayna 1992-ci il mayın 15-də Daşkənd şəhərində bağlanmış hərbi daşımaların prinsipləri və prosedurları haqqında Sazişdən çıxdı", - o, Telegram kanalında yazıb.

Bundan əlavə, onun sözlərinə görə, Kiyev MDB-yə üzv dövlətlər arasında şəkərli diabet xəstəliyinin artmasına qarşı mübarizədə və əhali arasında yod çatışmazlığı vəziyyətinin qarşısının alınmasında əməkdaşlıq haqqında sazişlərdə iştirakını dayandırıb.

Xəbər xətti