Husilərin "Ənsar Allah" hərəkatının nəzarətində olan Hodeyda əyalətinin ərazisi ABŞ və Böyük Britaniyanın bir sıra hava hücumlarına məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın “Al Masirah” telekanalı məlumat yayıb.
Koalisiya qüvvələrinin Əl-Katib və Əl-Cabban bölgələrində husilərin hədəflərinə hücum etdiyi iddia edilir.
Mümkün itkilər və xəsarət alanlar barədə məlumat verilmir.