Kim Çen In Cənubi Koreyanı işğal etməyə hazır olduğunu açıqlayıb

08:40 - 9 Fevral 2024 - DÜNYA

KXDR Koreya Respublikasını özünün daimi əsas düşməni hesab edib və öz təhlükəsizliyi üçün onu işğal etməyə hazır olduğunu bildirib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla Şimali Koreya lideri Kim Çen In çıxış edib.

"Bir müddət əvvəl partiyamız və hökumətimiz xalqımızın parçalanmasının və qarşıdurmasının tarixini yekunlaşdırdı" - Kim Çen In deyib.

O, “Cənubi Koreyalı kuklaları” ölkənin daimi əsas düşməni adlandırıb. Şimali Koreya liderinin sözlərinə görə, onların ərazilərinin işğalı ilə bağlı qərar fövqəladə vəziyyət yarandıqda veriləcək.

Xəbər xətti