Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb

23:36 - 8 Fevral 2024 - DÜNYA

İspaniya Milli Polisi insan alverində ittiham olunan "Avropada ən çox axtarılan cinayətkarlardan birinin" həbs edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları öz saytında məlumat yayıb.

Məlumata görə, polisin əməkdaşlığı nəticəsində Rumıniya hakimiyyətinin insan alveri ilə bağlı cinayətlərin əsas icraçısı hesab etdiyi Avropada ən çox axtarılan qaçaqlardan birini Deltebre (Tarraqona) şəhərində həbs ediblər. 

Qeyd olunur ki, həmin şəxs Avropada ədalət mühakiməsindən ən çox axtarılan fərarilər siyahısına daxil edilib. 2009-cu ildə Rumıniya onun həbsinə qərar verib.

Polisin məlumatına görə, saxlanılan şəxs 15 il Deltebrada başqa adla gizlənib və hətta daşınmaz əmlak məsləhətçisi kimi bizneslə məşğul olub. Eyni zamanda ölkəsində 10 ilə qədər həbs gözləyir.

Xəbər xətti