Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Qarabağ" "Sabah"la üz-üzə gəlib.
Qarşılaşma paytaxt təmsilçisinin 4:3 hesablı qələbəsi ilə bitib. "Bayquşlar"da 5-ci dəqiqədə Kristian da Silva, 27-ci dəqiqədə Jarl Marqarita, 58-ci və 69-cu dəqiqədə (penaltidən) İshak Belfodil fərqlənib. "Köhlən atlar"ın qollarını 30-cu dəqiqədə Hamidu Keyta, 61-ci dəqiqədə Adama Diakabi vurublar. 74-cü dəqiqədə isə Maruan Hadudi avtoqol müəllifi olub.
76-cı dəqiqədə Riçar Aymeyda birbaşa qırmızı vərəqə alaraq meydan sahiblərini azlıqda qoyub.
İlk görüşdə 7:1 hesablı qələbəyə sevinən "Qarabağ" yarımfinala vəsiqə qazanıb. Komanda bu raundda "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl "Zirə" yarımfinala vəsiqəni təmin edib. 1/4 finalın digər cavab oyunları fevralın 9-da reallaşacaq.