İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan fevralın 9-da Beyruta gələcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Livandakı səfiri Müctəba Əmani məlumat verib.
"Sabah xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beyruta gələcək və cari hadisələri müzakirə etmək üçün Livanın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirəcək", - səfir X sosial şəbəkəsindəki səhifəsində yazıb.