Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Konqresi təşkilatın rəhbəri Aleksander Çeferinin dördüncü müddətə seçilməsinə icazə verən nizamnaməyə dəyişikliklərin lehinə səs verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky Sports-un jurnalisti Rob Harris özünün X səhifəsində yazıb.
Yalnız İngiltərə Futbol Assosiasiyasının nümayəndəsi düzəlişlərin əleyhinə səs verib.
56 yaşlı Çeferin 2016-cı ildə UEFA prezidenti seçilib və daha sonra iki dəfə yenidən seçilib. Funksionerin səlahiyyət müddəti 2027-ci ilə kimi hesablanıb.
Prezidentlik müddətinin sayı üç ilə məhdudlaşır. UEFA-nın nizamnaməsinə dəyişikliklər edildikdən sonra Çeferinin ilk müddəti - 2016-cı ildən 2019-cu ilə qədər - artıq tam sayılmayıb. Beləliklə, sloveniyalı 2027-ci ildə keçiriləcək UEFA rəhbəri seçkilərində iştirak edə biləcək.