Belarusun Ukrayna ilə sərhədində yerləşən Brest vilayətində yeni sərhəd zastavasının açılışı olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
"Pinsk sərhəd dəstəsinin ərazisində sərhəd infrastrukturunun təkmilləşdirilməsinin növbəti mərhələsi Moxro sərhəd zastavasının tikintisi olub. Bu, Belarus-Ukrayna sərhədindəki ilk sərhəd zastavası deyil. Onun tikintisi zamanı analoji prinsiplə yaradılmış əvvəlki bölmələrin təcrübəsi nəzərə alınıb”, - Belarus Dövlət Sərhəd Komitəsinin (DSK) sədri Konstantin Molostov deyib.
Sərhəd idarəsinin rəisi qeyd edib ki, Moxro zastavasının cavabdehlik zonasında 30 km uzunluğunda sərhəd hissəsi var. Sərhəd videomüşahidə, nəzarət zolağı, avtomatlaşdırılmış texniki müşahidə postu, müşahidə qüllələri, mühəndis maneələri olan siqnalizasiya sistemi ilə təchiz olunub.