Fələstinin HƏMAS hərəkatının rəhbərliyindən ibarət nümayəndə heyəti Qəzza zolağında atəşkəs razılaşması və İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə girovların dəyişdirilməsi ilə bağlı danışıqların növbəti raundunun keçiriləcəyi Qahirəyə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında məlumat yayılıb
Qeyd olunur ki, “Həmas" nümayəndə heyəti Qəzzada atəşkəslə bağlı danışıqları başa çatdırmaq üçün cümə axşamı səhər Misirin paytaxtına gəlib.