FİFA-ya İsrail millisinin fəaliyyətini dayandırmaq çağırışı edildi

12:31 - 8 Fevral 2024 - İDMAN

Yaxın Şərq ölkələrinin futbol federasiyaları Beynəlxalq Futbol Federasiyasına (FİFA) məktub göndərərək, İsrail millisinin beynəlxalq yarışlardan uzaqlaşdırılmasını istəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky Sports telekanalı məlumat yayıb.

Çağırışa səbəb Qəzza zolağındakı vəziyyətlə bağlıdır. Məlumata görə, İsrail yığmasının beynəlxalq yarışlardan kənarlaşdırılması çağırışı 12 federasiya, o cümlədən Fələstin, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ federasiyaları tərəfindən dəstəklənib.

İsrail Futbol Assosiasiyasının baş direktoru Niv Qoldşteyn Sky News-a müsahibəsində FİFA-nın siyasətə qarışmayacağına ümid etdiyini bildirib.

Xəbər xətti