İraqda Hizbullah komandiri məhv edilib

11:47 - 8 Fevral 2024 - DÜNYA

ABŞ Mərkəzi Komandanlığı İraqda ABŞ-ın bölgədəki bazalarına hücuma görə məsul olan Hizbullah komandirinin öldürüldüyünü bildirib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, məhv edilən komandirin adı açıqlanmasa da, yerli təhlükəsizlik qüvvələri və İraq Xalq Səfərbərlik Birliklərindəki mənbələr onun avtomobilinə pilotsuz təyyarə ilə hücum edildiyi bildirilir.

Departament aydınlaşdırır ki, zərbə məqsədli hücum olub, əhali arasında dağıntı və tələfat olmayıb.

Xəbər xətti