Qazaxıstan xilasediciləri Almatıda torpaq sürüşməsi nəticəsində həlak olan 4 nəfərin cəsədini aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ümumilikdə, xilasedicilər hadisə yerində 1984-cü il təvəllüdlü kişi, 1980-ci il təvəllüdlü qadın və 2007-ci il təvəllüdlü iki gəncin meyitlərini aşkar edərək çıxarıblar”, - məlumatda deyilir.
Bundan əvvəl Alma-Ata vilayətinin təcili yardım şöbəsi 2007-ci il təvəllüdlü bir yeniyetmənin öldüyü barədə məlumat vermişdi.