Saakaşvilinin depressiyaya düşməsinin səbəbi məlum olub

10:33 - 8 Fevral 2024 - DÜNYA

Eks-prezident Mixail Saakaşvilinin depressiyasına onun həbsxanada deyil, iki otaqlı palatada olması səbəb ola bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri postuna namizəd İrakli Kobaxidze SputnikGeorgia-ya bildirib.

“İnsan depressiyaya düşə bilər, ona görə ki, başqa məhbuslar cəzalarını həbsxana kamerasında çəkməyə məcburdurlar, o isə heç bir səbəb olmadan iki otaqlı palatadadır. Bu, məni mənəvi baxımdan sıxışdıracaq”, - Kobaxidze bildirib.

Bundan əvvəl Saakaşvili müxalifətə ilin sonunda keçiriləcək prezident seçkiləri üçün vahid namizədin müəyyənləşdirilməsi təklifi ilə çıxış edib.

Xəbər xətti