Eks-prezident Mixail Saakaşvilinin depressiyasına onun həbsxanada deyil, iki otaqlı palatada olması səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri postuna namizəd İrakli Kobaxidze SputnikGeorgia-ya bildirib.
“İnsan depressiyaya düşə bilər, ona görə ki, başqa məhbuslar cəzalarını həbsxana kamerasında çəkməyə məcburdurlar, o isə heç bir səbəb olmadan iki otaqlı palatadadır. Bu, məni mənəvi baxımdan sıxışdıracaq”, - Kobaxidze bildirib.
Bundan əvvəl Saakaşvili müxalifətə ilin sonunda keçiriləcək prezident seçkiləri üçün vahid namizədin müəyyənləşdirilməsi təklifi ilə çıxış edib.