"Hər oyunda əlimdən gələni etmək istəyirəm" - Messi

09:48 - 8 Fevral 2024 - İDMAN

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Honq-Konq ulduzlarına qarşı qalmaqallı matçda iştirak edə bilməməsinin səbəbini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkədə yazıb. 

“Mətbuat konfransında daha əvvəl dediyim kimi, qasıq nahiyəmdən zədə aldığım üçün Honq-Konqda yoldaşlıq oyununda iştirak edə bilmədiyim üçün təəssüflənirəm. Travmam inkişaf etmişdi və ağrılı idi. Məni tanıyan dostlar başa düşəcəklər ki, hər oyunda əlimdən gələni etmək istəyirəm.

Ümid edirəm ki, hələ də Honq-Konqa səfər etmək və öz oyunumla azarkeşləri sevindirmək imkanım olacaq”, - Messi yazıb.

Xəbər xətti