Pakistanda mobil telefon xidmətləri məhdudlaşdırılıb

08:23 - 8 Fevral 2024 - DÜNYA

Pakistanın Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) davam edən seçkilərlə əlaqədar bütün ölkə ərazisində mobil rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə göstəriş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dawn qəzeti idarənin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Pakistanda son vaxtlar terror fəaliyyətinin artması fonunda mobil rabitə xidmətlərinin göstərilməsi təhlükəsizlik məqsədilə məhdudlaşdırılıb.

Xəbər xətti