"Liverpul"un baş məşqçisi Yurgen Klopp gələn mövsüm "Barselona" ilə işləməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Sport Express" Catalunya Radio-ya istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 56 yaşlı mütəxəssis "Liverpul"dan ayrıldıqdan sonra hələ də məşqçiliyə fasilə vermək istədiyi üçün bu ehtimalı istisna edib. Qeyd olunur ki, nə “Barselona”nın prezidenti Joan Laportanın zəngi, nə də karyerasını davam etdirmək üçün başqa variantlar onu razı sala bilməz.