Pakistan ümumi seçkilərə saatlar qalmış bombalı hücumların hədəfi olub. Bəlucistan əyalətindəki hücumlarda iki partiyanın seçki büroları hədəfə alınıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 28 nəfər ölüb, 40 nəfər yaralanıb.
Əvvəlcə İslam Üləma Cəmiyyəti Partiyasının binasına hücum edilib.
Hücumların hədəfi olan tərəflərin ətrafında təhlükəsizlik dəhlizi yaradılıb.