İsrail HƏMAS-la saziş bağlamaq öhdəliyi götürməyib - Netanyahu

22:44 - 7 Fevral 2024 - DÜNYA

 İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatının iştirakı ilə mümkün yeni sazişlə bağlı hələlik heç bir öhdəlik götürməyib.

Ucnoqta.az xəbər verir ki, bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə bağlı danışıqları şərh edərkən deyib.

"Biz heç bir öhdəlik götürməmişik, xüsusən də müəyyən sayda terrorçunun azad edilməsi üçün bəzi çılğın kriteriyalar və ya əlləri qana boyanmış terrorçuların azad edilməsi ilə bağlı. Biz belə öhdəlik götürməmişik. vasitəçilər vasitəsilə danışıqlar var. "Hazırda HƏMAS-ın reaksiyasından aydın olur ki, hər hansı bir razılaşma hələ də bizdən uzaqdır" - o, deyib.

Netanyahu bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində döyüşlərin başlanmasına hazırlaşmaq üçün ölkə hakimiyyətindən təlimat alıblar. "Qəhrəman döyüşçülərimiz indi HƏMAS-ın əsas möhkəmləndirilmiş ərazisi olan Xan Yunisdə döyüşür. Biz İsrail Müdafiə Qüvvələrinə Rəfahda, eləcə də iki mərkəzi qaçqın düşərgəsində döyüşməyə hazırlaşmağı tapşırmışıq" - baç nazir qeyd edib.

Xəbər xətti