Futbol tarixinin ən bahalı transferi baş tuta bilər

21:11 - 7 Fevral 2024 - İDMAN

Misir millisinin və "Liverpul"un hücumçusu Məhəmməd Salah yay transfer pəncərəsində İngiltərə klubunu tərk edərək Səudiyyə Ərəbistanına keçə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Əl-İttihad” hələ də futbolçu ilə maraqlanır. Səudiyyə Ərəbistanı klubu 2023-cü ilin yayında Salah üçün təxminən 234 milyon avro ödəməyə hazır idi və hazırda forvardla maraqlanmaqda davam edir.

Bu şərtlər daxilində sövdələşmə baş tutsa, misirlinin transferi dünya futbol tarixinin ən bahalı transferi ola bilər. Hazırda ən bahalı transfer "Paris Saint-Germain" tərəfindən braziliyalı Neymarın transferidir.

O zaman "Barselona"nın bu transferi Fransa klubuna 222 milyon avroya başa gəlib.

Xəbər xətti