"Vaşinqtonun səbri “hüdudsuz deyil”" - ABŞ prezidentinin müşaviri

21:00 - 7 Fevral 2024 - DÜNYA

Birləşmiş Ştatlar Macarıstandan İsveçin NATO-ya üzvlüyünü mümkün qədər tez ratifikasiya etməsini gözləyir; Vaşinqtonun səbri “hüdudsuz deyil”.

Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Sallivanın sözlərinə görə, Birləşmiş Ştatlar vəziyyəti yaxından izləməkdə davam edir və “çox yaxın gələcəkdə konstruktiv həllə” ümid edir.

NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında danışan müşavir, Macarıstan tərəfinin bu məsələyə baxılmasında növbəti gecikmə halında Amerika hakimiyyətinin atacağı addımları "konkret təhdidlər" etmək niyyətində olmadığını söyləyib. Bununla belə, o, Ağ Evin bu məsələdə səbrinin “həmçinin hüdudsuz olmadığını” vurğulayıb.

Xəbər xətti