Səudiyyə Ərəbistanı Fələstin dövləti yaradılmayana qədər İsraillə gərginliyi azaltmağa razı olmayacaq
Ucnoqta.az xəbər verir ki, bu barədə ərəb ölkəsinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir
“Krallıq Amerika administrasiyasına öz aydın mövqeyini bildirdi ki, müstəqil Fələstin dövləti 1967-ci ildə paytaxtı Şərqi Qüds olan sərhədləri daxilində tanınmayana qədər İsraillə diplomatik əlaqələri olmayacaq”, - bildirilib.
Bundan başqa, Səudiyyə Ərəbistanı İsrail qoşunlarının Qəzza zolağı ərazisindən çıxarılmasını tələb edir.