Hər şey dəyişib, Aİ əslində bizim regionumuzdur - Paşinyan

17:59 - 7 Fevral 2024 - DÜNYA

"Mühitimiz, münasibətlərimiz dəyişib. Bu gün qlobal dünya 5-6 il əvvəlki kimi deyil. Artıq heç bir qurumla münasibətlərimiz əvvəlki kimi deyil. Regionumuz da dəyişib, çox şey dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

Onun sözlərinə görə, dəyişikliklərdən biri Gürcüstanın Aİ-yə üzv olmaq üçün namizəd statusu almasıdır ki, bu da regiona obyektiv təsir göstərir.

Baş nazir qeyd edib ki, Ermənistanla qonşu olan iki ölkənin Aİ-yə üzv olmaq üçün namizəd statusu var.

“Əgər əvvəllər “AB haradadır, bizim regionumuz haradadır” demək mümkün idisə, indi reallıq budur ki, Aİ bizim regionumuzdur”.

Xəbər xətti