İstanbulda Ədliyyə Sarayı yaxınlığında törədilən terror aktı ilə bağlı saxlanılanların ümumi sayı 90-a çatıb.
Ucnoqta.az xəbər verir ki, “A-Haber” telekanalının verdiyi məlumata görə, polis şübhəlilərin yaşadığı evlərə reydlər keçirib.
Terror aktı ilə bağlı istintaqın davam etdirilməsi və onu törədən şəxslərin əlaqələrinin müəyyənləşdirilməsi ilə əlaqədar İstanbul Baş Prokurorluğu tərəfindən yeni həbslər üçün orderlər verilib.
Çərşənbə axşamı Türkiyənin daxili işlər naziri Əli Erlikaya 25 ünvanda keçirilən reydlər zamanı 40 şübhəlinin saxlanıldığını bildirib. Nazir həmçinin qeyd edib ki, iş üzrə ehtimal olunan təqsirləndirilən şəxslərin tutulması istiqamətində əməliyyatlar davam etdiriləcək.