Hindistanın Madhya Pradeş ştatında gizli pirotexnika fabrikində baş verən partlayış nəticəsində azı 174 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə PTI xəbər agentliyi məlumat yayıb.
Daha əvvəl 11 nəfərin öldüyü, 50-dən çox yaralının olduğu bildirilirdi. Hadisə çərşənbə axşamı rayonun Xarda kəndində baş verib.
Polis zavodun iki sahibini saxlayıb, onlar adam öldürməkdə şübhəli bilinirlər. İstintaq çərçivəsində daha bir şəxs saxlanılıb, lakin onun müəssisəyə necə bağlı olduğu açıqlanmayıb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.