İordaniya milli futbol komandası 2024-cü il Asiya Kubokunun yarımfinalında Cənubi Koreyaya qalib gəlib.
Ucnoqta.az xəbər verir ki, oyun 2:0 hesabı ilə iordaniyalıların xeyrinə başa çatıb. Qaliblər arasında Yazan Əl-Namat və Musa Əl-Tamari fərqləniblər. Hər iki qol ikinci hissədə vurulub.
İordaniya tarixində ilk dəfə Asiya Kubokunun finalına yüksəlib. Cənubi Koreya 1960-cı ildən bu yana turnirin qalibi olmayıb.
İordaniya finalda rəqibini fevralın 7-də ikinci yarımfinalın nəticələrinə əsasən müəyyən edəcək. Orada İran hazırkı Asiya çempionu Qətərlə qarşılaşacaq. Turnir Qətərdə keçirilir.