Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında ən azı 131 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə tibbi ekspertizadan məlumat verilib.
“Fevralın 6-sı saat 12:00-a olan məlumata görə, ölənlərin sayı 131-ə çatıb”, - məlumatda deyilir.
Bildirilir ki, 35 cəsədin şəxsiyyəti müəyyən edilib. Bundan əvvəl 122 nəfərin öldüyü bildirilirdi.
Fevralın 2-də Çili prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Səlahiyyətlilərin hesablamalarına görə, 14 mindən çox ev dağılıb və ya zədələnib.