İstanbulda məhkəmə binasındakı silahlı hücuma görə 34 nəfər saxlanılıb

18:34 - 6 Fevral 2024 - DÜNYA

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananların vəziyyəti stabildir, onların müalicəsi xəstəxanada davam edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında ölkənin ədliyyə naziri Yılmaz Tunc bildirib.

O, həmçinin terror aktı ilə bağlı cinayət işinin başlandığını, hazırda iş üzrə 34 nəfərin saxlanıldığını da vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda məhkəmə binasında silahlı insident olub. Məhkəmə binası qarşısında polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 5 polis yaralanıb. Yaralanan polislərdən biri xəstəxanada həyatını itirib.

Xəbər xətti