Cənubi Koreya Səudiyyə Ərəbistanına 3,2 milyard dollarlıq ZRK-lar göndərir

17:30 - 6 Fevral 2024 - DÜNYA

Cənubi Koreyanın LIG Nex1 müdafiə şirkəti Səudiyyə Ərəbistanına 3,2 milyard dollara M-SAM II zenit-raket kompleksləri tədarük edəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikasının Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ilə müqavilə noyabrda imzalanıb. Razılaşmanın təfərrüatları müdafiə nazirləri arasında fevralın 4-də Ər-Riyadda keçirilən danışıqlardan sonra dərc edilib. Bildirilir ki, M-SAM II raketləri 40 km-ə qədər yüksəklikdə tutmağa qadirdir.

LIG Nex1 bu sistemləri təchiz etmək üçün 2022-ci ilin yanvarında BƏƏ ilə müqavilə bağlayıb.

Xəbər xətti