Livanın xarici işlər və miqrasiya naziri vəzifəsini icra edən Abdullah Bou Həbib Böyük Britaniyanın Beyrutdakı səfiri Həmiş Koueli Xarici İşlər Nazirliyinə çağırıb.
Al Mayadeen telekanalının verdiyi məlumata görə, diplomata Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Livan paytaxtına son səfəri ilə bağlı etiraz notası verilib.
Qeyd edildiyi kimi, etiraza səbəb nazirin səfəri zamanı Livan diplomatik ofisinə getməməsi olub.
Kemeron Yaxın Şərq turu çərçivəsində fevralın 1-də Beyruta bir günlük rəsmi səfər edib. O, Livanın baş nazir vəzifəsinə təyin olunmuş Nəcib Mikati, həmçinin Deputatlar Palatasının sədri Nəbih Berri ilə görüşüb.