Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) Yəmən sahillərində gəmiyə yeni hücum barədə məlumat verib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Ədən limanı yaxınlığında baş verib.
Bildirilir ki, UKMTO Yəmənin 50 dəniz mili cənubunda baş vermiş insidentlə bağlı məlumatlandırılıb. Səlahiyyətlilər hadisə ilə bağlı şəraiti araşdırır.
Digər təfərrüatlar hələlik verilməyib.