Litva Belarusla sərhəddə daha iki keçid məntəqəsini bağlayır

15:17 - 6 Fevral 2024 - DÜNYA

Litva hakimiyyəti əvvəllər bağlanan iki məntəqədən əlavə, Belarusla sərhəddə daha iki keçid məntəqəsi vasitəsilə nəqliyyatın hərəkətini dayandırmaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu təklif Təhlükəsizlik Məsələləri üzrə Hökumətlərarası Komissiya tərəfindən bəyənilib.

Komissiya Litvadan Belarusa tranzitin artırılması ilə bağlı risklərin azaldılması, Belarusun kəşfiyyat və xüsusi xidmət orqanlarının fəaliyyəti, habelə sanksiyaya məruz qalan malların və qaçaqmalların daşınmasına daha effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı məsul qurumların təkliflərini müzakirə edərək Lavorişkes və Raiqardasdakı sərhəd-keçid məntəqələrini bağlanmaslnı təsdiqləyib ” - Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Xəbər xətti