Seçkilərdə namizədə sui-qəsd olub

11:33 - 6 Fevral 2024 - DÜNYA

Pakistan Xalq Partiyasından Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərə namizəd Seyid Zülfiqar Əli Şah silahlı hücuma məruz qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Express Tribune məlumat yayıb.

Nəşrin məlumatına görə, Sind əyalətinin Mirpur Xas şəhərində bir qrup yaraqlı şaha sui-qəsd cəhdi edib. Siyasətçi güllə yaraları alıb və xəstəxanaya aparılıb.

Bundan əvvəl Pakistan polisi Bəlucistan əyalətinin Xub şəhərində Pakistan Xalq Partiyasının namizədi Mir Əli Həsən Zehrinin seçki qərargahında partlayış baş verdiyini bildirib. Partlayış nəticəsində 3 uşaq xəsarət alıb.

Xəbər xətti