Argentina prezidenti Xavyer Miley həmkarı İsaak Hersoq və ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşmək üçün bazar ertəsi İsrailə səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Bu səfər zamanı prezident Miley Qərb Divarını ziyarət edəcək və fevralın 6-da israilli həmkarı İsaak Hersoq, fevralın 7-də isə baş nazir Benyamin Netanyahu ilə görüşəcək”, - deyə məlumatda bildirilir.
Maylinin israilli sahibkarlarla da görüşü nəzərdə tutulub. Argentina prezidentini səfərdə Prezident Aparatının baş katibi vəzifəsini tutan bacısı Karina Mayli və xarici işlər naziri Diana Mondino müşayiət edir.