Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Yəmənin Hodeyda limanından 57 dəniz mili qərbində, Qırmızı dənizdə baş verən insident barədə məlumat verib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə hücum kimi qiymətləndirilib. Hələlik başqa təfərrüatlar verilmir. Koordinasiya mərkəzi gəmilərə ərazidə hərəkət edərkən ehtiyatlı olmağı tövsiyə edib.