Şahzadə Harri ABŞ-dan Böyük Britaniyaya qayıtmaq və atası Kral III Çarlzı ziyarət etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, şahzadənin yaxın günlərdə doğma ölkəsinə dönəcəyi qeyd olunur. Eyni zamanda, o, diaqnozunu müzakirə etmək üçün III Çarlz ilə telefonla əlaqə saxlayıb.
Fevralın 5-də Bukingem sarayının mətbuat xidməti həkimlərin krala xərçəng diaqnozu qoyduğu barədə məlumat yayıb.