Qızılcadan ölən uşaqla bağlı açıqlama

22:08 - 5 Fevral 2024 - ÖLKƏ İÇİ

04.02.2024 tarixində saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü İsmayılov Yusif Raul oğlu Tovuz MRX Təcili yardım şöbəsinə yerləşdirilib.

Ucnoqta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, daxil olarkən vəziyyəti ağır olub.

Uşaq, həmçinin serebral iflic xəstəsi olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.

Xəbər xətti