Ukraynada nazir istefa verib

20:46 - 5 Fevral 2024 - DÜNYA

Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina istefa məktubu yazıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk məlumat verib.

"Ali Rada Yuliya Laputinadan Ukraynanın veteranların işləri üzrə naziri vəzifəsindən istefa verməsi ilə bağlı məktub alıb", - o, Facebook səhifəsində yazıb.

Stefançukun sözlərinə görə, nazirin istefası məsələsinə parlamentin növbəti plenar iclasında baxılacaq. Bundan əvvəl Ali Radanın iclasının çərşənbə axşamı keçiriləcəyi bildirilirdi.

Laputina 2020-ci ilin dekabrından nazirliyə rəhbərlik edir.

Xəbər xətti