Filippinin Mindanao adasında baş verən daşqınlar və torpaq sürüşmələri 17 nəfərin həyatına son qoyub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.
Bildirilir ki, 17 nəfərin ölüb, 4 nəfər yaralanıb, 8 nəfər itkin düşüb.
Daşqınlar səbəbindən 400 minə yaxın yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 82 minə yaxın insan təxliyə mərkəzlərinə yerləşdirilib.