Seneqalda iğtişaşlar: polis gözyaşardıcı qazdan istifadə edib

15:18 - 5 Fevral 2024 - DÜNYA

Seneqalda polis prezident seçkilərinin təxirə salınması fonunda parlament qarşısında toplaşan insanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Ucnoqta.az xəbər verir ki, seçkilər əvvəlcə fevralın 25-nə təyin edilmişdi. Lakin prezident Macky Sall onları qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.

Bundan əvvəl ölkənin Konstitusiya Şurası həbsdə olan müxalifət lideri Ousmane Sonkonun seçkilərdə iştirakına icazə verməyib.

Hazırda ölkədə mobil internet işləmir, səlahiyyətlilər bunun sosial şəbəkələrdə “qıcıqlandırıcı mesajların” yayılması ilə əlaqədar olduğunu deyirlər.

Xəbər xətti