İran ölkənin mərkəzi hissəsindəki İsfahan əyalətində 10 MVt gücündə yeni nüvə tədqiqat reaktorunun tikintisinə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, bu, hovuz tipli reaktor, moderator kimi yüngül su, nüvə yanacağı isə uran və alüminium oksidləri olacaq. Quraşdırma yüksək sıxlıqlı neytronların güclü axınının mənbəyinə çevriləcək.
Neytronlar daha sonra sənayedə və əczaçılıq sahəsində geniş istifadə olunan izotopların istehsalı üçün istifadə olunacaq. Agentlik qeyd edir ki, reaktorun istehsal gücü nəinki ölkənin bütün daxili ehtiyaclarını ödəyəcək, həm də İrana bu sahədə məhsul və xidmətlərin sonradan regional və qlobal səviyyədə ixracı üçün imkanlar yarada bilər.