Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika hökumətinin istefasını qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Respublikası Konstitusiyasının 70-ci maddəsinə uyğun olaraq qərara alıram: Qazaxıstan Respublikası hökumətinin istefası qəbul edilsin, Qazaxıstan Respublikasının Baş nazirinin vəzifələri müvəqqəti olaraq Roman Vasilyeviç Sklyarına həvalə edilsin” - məlumatda deyilir.
Eyni zamanda, Nazirlər Kabinetinin üzvlərinə hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrinin icrasını davam etdirmək tapşırılıb.